Gürcüstanda hansı müxalifət partiyaları fəaldır? – Marneulidə SORĞU
2024-cü ilin 26 oktyabr tarixində Gürcüstanda Parlament seçkiləri keçiriləcək. Seçkiqabağı təbliğat kampaniyası artıq başlayıb. Bununla bağlı Gürcüstan Prezidenti Salome Zurabişvili 27 avqust tarixində rəsmi olaraq sərəncam imzalayıb.

Seçkiqabağı təbliğat kampaniyası çərçivəsində bəzi siyasi partiyalar artıq görüşlərə də başlayıblar. Amma hələ ki, heç bir partiya namizədlərin siyahısını tam təqdim etməyib. Onlar yaxın günlərdə siyahıları ictimaiyyətə təqdim e
dəcəklərini bildirirlər.

Biz də Marneuli küçələrində sakinlər arasında sorğu keçirdik. Əhalidən Gürcüstanda hansı müxalifət partiyalarının fəal olduğunu soruşduq. Sorğuda iştirak edən sakinlərin əksəriyyəti siyasətlə maraqlanmadığını bildirsələr də, bəziləri “VMH”, “Lelo” partiyalarını tandıqlarını, bəziləri isə “Gürcü Arzusu”nu dəstəklədikərini qeyd etdilər.


Qeyd edək ki, bu ilin 26 oktyabr tarixində keçiriləcək seçkilər yeni sistem ilə, proporsional qaydada və 5%-lik baryer ilə keçiriləcək. Seçkilərin proporsional qaydada keçirilməsi zamanı vətəndaş seçkilərdə yalnız bir bülleteni işarələyəcək və istədiyi partiyaya səs verəcək.
Bu il ilk dəfə olaraq seçkilər elektron qaydada keçiriləcək. Seçicilərin demək olar ki, 90% elektron qaydada səs verəcəklər. Amma bəzi məntəqələrdə isə seçkilərdə səsvermə yenə də ənənəvi qaydada baş tutacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google