“SOCAR”a təhsil haqqının ödənilməsi üçün edilən müraciətlərin qəbulu sona çatır
Bu gün, 10 sentyabr saat 23:59-da "SOCAR"ın təhsil haqqı ödənilməsi proqramına edilən müraciətlərin qəbulu başa çatacaq.

“Bu gün, gecə saat 23:59-da sistem bağlanacaq. Müraciət pəncərəsi bağlandıqdan sonra müraciət etmək mümkün olmayacaq. Bu səbəblə müraciət etdiyinizdən əmin olun. Uğurlar hərkəsə!”, - məlumatda deyilir.

Gürcüstan ali təhsil müəssisələrində oxuyan tələbələr müraciətlərini qeyd olunan keçiddən istifadə edərək https://myscholarship.ge/ elektron
formada həyata keçirə bilirlər.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti “SOCAR” 2008-2009-cu tədris ilindən etibarən “1+4” proqramı üzrə təhsil alan etnik azərbaycanlı tələbələrin təhsil haqlarını ödəyir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415



Print Email
FaceBook Twitter Google