“Marneuloba 2024-“də Azərbaycandan dəvət edilmiş müğənni, Roza
Zərgərli ifa edəcək.
Tədbiri meriyanın tenderində qalib gələn şirkət “Miks-Studio” MMC
keçirəcək.
Şirkət nümayəndəsinin “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdiyinə görə Azərbaycandan tanınmış müğənni Roza Zərgərli
onların təşəbbüsü ilə, bələdiyyə ilə razılıqla gətirirlər.
Müğənni özü də sosial şəbəkədə gəldiyini anons
edib.
Meriyaya Marneulobanı keçirmək 115 000 lariyə başa
gəlir. Meriya
tədbirin təşkil edilməsi üçün avqust ayında 115
101 lari dəyərində tender elan edib. Tenderdə üç şirkət iştirak
edib, ancaq qalib olaraq ən aşağı qiymət təklif edən Miks-Studio
elan edilib.
Tədbirdə konsert keçiriləcək, müxtəlif guşələr təqdim olunacaq,
kulinar masterklasslar və s. baş tutacaq.
Marneuloba 2023-cü ildən bələdiyyədə qeyd olunur və bu ənənəvi
olaraq hər il keçiriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415