Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir göstərə biləcək
resursları yoxdur, amma başqa qüvvələrin buna gücü çatır.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, builki seçkilərin görünməmiş kənar müdaxilə
fonunda keçirilməsi çox təəssüf doğurur. Bu da seçki prinsiplərinin
kobud şəkildə pozulmasıdır.
"Çox təəssüf ki, minlərlə təhdid, şantaj eşidirik.
Bütün bunların bir səbəbi var - Gürcüstan ikinci cəbhəni açmayıb
ki, bu da bəzi konkret insanları əsəbləşdirir. Onlar ümid edirlər
ki, seçkilərdən sonra ikinci cəbhə açmaq üçün yenə də öz
agentlərini hakimiyyətə qaytara biləcəklər. Gürcüstan cəmiyyəti
qanlı rejimin müəlliflərini hakimiyyətə
qaytarmayacaq”, - deyə İrakli Kobaxidze bildirib.