Sentyabrın 15-də Tbilisidə parlamentin qarşısında “Dafion” gənclər
hərəkatının təşkil etdiyi mitinqdə “Gürcü Arzusu”nun lideri Bidzina
İvanişvilinin bəyanatına etiraz edilib.
Mitinq iştirakçıları -
"Kreml diktəsinə
yox!" –deyərək İvanişvilinin Qoridəki çıxışını
Gürcüstana və onun qəhrəmanlarına qarşı təhqir kimi
qiymətləndiriblər.
“Dafion” hərəkatının nümayəndəsi Zviad Tsetsxladze AzadlıqRadiosuna
bildirib ki, İvanişvilinin bəyanatı separatizmi qızışdırır.
“Oliqarx, “akvarium şiri” gürcü millətini təhqir edib.
O, həlak olan qəhrəmanları təhqir edib və ən iyrənc odur ki, həlak
olanların ailələrinə üzr istəməli olduqlarını deyib. Sanki Qiorqi
Ancuxelidze işgəncə ilə öldürüləndə üzr istəməlidir. Ya Qinturi və
ailəsi üzr istəməlidir, ya da əvvəlcə öldürülən, sonra isə
orqanları kəsilən Tatunaşvili. İvanişvilinin belə bəyanatı
separatizmi qızışdırır. Əgər işğalçı Gürcüstandırsa, bu adam deyir
ki, onlar özlərini Gürcüstandan qorumaqda haqlı idilər. Bu,
gürcülər tərəfindən yuyulmalı olan təhqiramiz ləyaqətdir”,
- deyə Zviad Tsetsxladze mitinqdə bildirib.