“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili Qoridə çıxışı
zamanı hakim partiyanın 2024-cü il parlament seçkilərində
konstitusiya çoxluğunu əldə etməli olmasının 4 səbəbini
sadalayıb.
Birinci səbəb kimi o, “Milli Hərəkat” və “onun peyk varisi
partiyaları”nın konstitusiyaya zidd elan ediləcəyini bildirib. O,
2008-ci il Rusiya-Gürcüstan müharibəsini o vaxtkı hökumətin ölkəyə
xəyanəti adlandırıb və “tarixi rayonların işğalını, on minlərlə
insanın
öz vətənlərində qaçqın düşdüyünü, yüzlərlə gürcüsünün
qurban getdiyini” bəyan edib.
“Bu insanlar ölkəyə və xalqa qarşı törətdikləri bütün
ən ağır cinayətlərə, xüsusən 2008-ci ildə törətdikləri ən ağır
vətənə xəyanətə görə ən sərt şəkildə mühakimə
olunmalıdırlar”, - Bidzina İvanişvili bildirib.
O, həmçinin əlavə edib: “Oktyabrın 26-da keçiriləcək seçkilər bitən
kimi, müharibənin qızışdıranları mühakimə olunacaq, ən azı bütün
cinayətkarlar gürcü-osetin qardaşlığının və birgəyaşayışının
məhvinə görə ən sərt hüquqi cavab alacaqları zaman biz 2008-ci ildə
Milli Hərəkatın “Osetin bacı və qardaşlarımızı alovlara bürüdüyünə”
görə, üzr istəməyə özümüzdə mütləq güc tapacağıq.
İkinci səbəb kimi o, “Gürcü arzusu”nun seçicilərə qəbul edəcəyini
vəd etdiyi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların
müdafiəsi haqqında” konstitusiya qanun layihəsini adlandırıb.
“Gürcü kişisinin əxlaqı bu gün müxalifətin və onun
havadarlarının xüsusi hədəfidir. Onlar dəqiq bilirlər ki, cəmiyyət
öz keçmişindən, tarixindən, dəyərlərindən əl çəkəndə itaətkar
olur!” – deyə Bidzina İvanişvili əlavə edib ki, “ölkə
əhalisinin böyük hissəsinin arzusu” konstitusiyada öz əksini
tapıb.
Bidzina İvanişvilinin sözlərinə görə, üçüncü səbəb pravoslavlığın
“Gürcüstan dövlətinin kimliyinin sütunu elan edildiyi” konstitusiya
qanunudur.
Dördüncü səbəb kimi o, ərazi bütövlüyünün bərpa edilməsinin
zəruriliyini bəyan edib ki, “hər an dinc yolla bərpa etmək üçün
zəmin yetişə bilər”. Bu məsələ ilə bağlı çıxış edən Bidzina
İvanişvili qeyd edib ki,
“Orada
yaşayan insanlar olmadan heç bir torpağın dəyəri yoxdur. Bizim əsas
vəzifəmiz osetin bacı və qardaşlarımızın geri qayıtmasıdır. Əsas
ideya Gürcüstanın bütövlüyü üzərində əsrlər boyu qaynayan
münasibətləri bərpa etməkdir.”