33 yaşlı gürcü döyüşçü Merab Dvalişvili qarışıq döyüş növlərinin
(MMA) əsas təşkilatı olan UFC-nin super yüngül çəki kateqoriyasının
sahibi olub.
Dvalişvili Las-Veqasda keçirilən döyüşdə hazırkı çempion Şon
O'Malleyi məğlub edib. Hakimlərin yekdil qərarı ilə gürcü qalib
gəlib. O, demək olar ki, hər raundda rəqibi üzərində üstünlüklə
keçirib.
Merab Dvalişvili UFC-də ardıcıl 11-ci döyüşdə qalib gəlib.
Dvalişvilinin pərəstişkarları səhər
saatlarından Tbilisiyə toplaşıblar. Onların döyüşü Filarmoniyanın
binasında quraşdırılmış monitorda izlənilib.
2024-cü ilin fevralında İliya
Topuria ilk Gürcüstan UFC çempionu olmuşdu (yüngül çəki
kateqoriyasında).