Bidzina İvanişvilinin bəyanatı Qoridə etirazla qarşılanıb
Qoriyə toplaşan vətəndaşlar “Gürcü Arzusu”nun fəxri sədrinin və siyahıda bir nömrəli namizədinin bəyanatına etiraz ediblər.
2008-ci il Rusiya-Gürcüstan müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş mitinq İvanişvilinin sentyabrın 14-də Qoridə seçkiqabağı iclasda “Gürcü arzusu” liderinin səsləndirdiyi bəyanatına cavab olaraq keçirilib.




“Rusiya təbliğatı artıq işləmir, biz ölkəmizin tarixini xatırlayırıq” - mitinq iştirakçılarının əsas mesajı bu idi.
Nümayişçilər simvolik olaraq qəhrəmanların xatirəsinin şərəfinə adlarının həkk olunduğu qurğunun ətrafına canlı zəncir bağlayıblar.





Sentyabrın 14-də Bidzina İvanişvili Qoridə toplaşan tərəfdarlar qarşısında çıxışında deyib: “Oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra, müharibənin qızışdıranları mühakimə olunacaq, bütün cinayətkarlar ən sərt hüquqi cavab alacaqlar. Gürcü-osetin qardaşlığı və birgəyaşayışı üçün üzr istəməyə mütləq özümüzdə güc tapacağıq. Çünki tapşırığa əsasən, xain “Milli Hərəkat” 2008-ci ildə osetin bacı-qardaşlarımızı od-alova bürüdü.

2008-ci il avqustun 7-də səhər tezdən sülhməramlı statusuna malik olmayan Rusiyanın nizami hərbi qüvvələri artıq Gürcüstan ərazisinə hərbi hücuma başlamışdı.
2008-ci ilin avqust müharibəsində 228 gürcü mülki vətəndaş və 14 polis əməkdaşı həlak olub. Müdafiə Nazirliyinin son məlumatına görə, 169 hərbçi həlak olmuş sayılır. Müharibə zamanı 1747 nəfər yaralanıb. Demək olar ki, 150.000 insan evlərini tərk etdi və onlardan 30.000-i sürgündə qalır.

2008-ci ilin avqust müharibəsi nəticəsində Gürcüstan 189 kənd üzərində nəzarəti itirib, onlardan 125-i hələ də işğal rejimi altındadır.
Rusiya Gürcüstanın iki regionunu, hazırda işğal altında olan Abxaziya və işğal altında olan Tsxinvali bölgəsini ilhaq edib və onların “müstəqilliyini” 2008-ci ilin avqust müharibəsindən sonra tanıyıb.

Print Email
FaceBook Twitter Google
«« Oktyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123