Gürcüstan Prokurorluğu: 2 nəfərə qarşı ittiham irəli sürüldü - onlar başqalarına satılmış və ipoteka ilə yüklənmiş mənzilləri satmağa cəhd edirdilər

Gürcüstan Prokurorluğu qrup olaraq tikinti şirkətinin direktoru və həmin şirkətin direktoru səlahiyyətinə malik olan şəxsə qarşı dələduzluq yolu ilə külli miqdarda pul əldə etmə faktları üzrə ittiham irəli sürüb.



“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, tikinti şirkətinin direktoru - “Digomi Tower” MMC və həmin şirkətin direktoru səlahiyyətinə malik olan şəxs şirkətə məxsus,
Diğomidə yerləşən tikilməkdə olan binada yaşayış mənzillərini vətəndaşlara satıblar. Məlum olub ki, faktiki olaraq qeyd olunan binalar artıq başqa şəxslər tərəfindən ipoteka ilə yüklənərək alınıb, bəzi hallarda isə mənzil ümumiyyətlə tikilməyib. Bu yolla müttəhimlər 73 zərərçəkmişlərə məxsus 4 milyon 163 min 620 lari dələduzluq yolu ilə ələ keçiriblər”,
- prokurorluqdan bildiriblər.


Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanları hər iki təqsirləndirilən şəxsi sentyabrın 12-də saxlayıblar. Onlara qarşı vəzifə səlahiyyətlərindən istifadə etməklə qrup halında külli miqdarda dələduzluq törətməkdə ittiham edilib - təqsirləndirilən şəxslər haqqında artıq həbs qətimkan tədbiri seçilib.
Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google
«« Oktyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123