Qondarma Cənubi Osetiya Respublikasındakı bir çox qruplar “Gürcü
Arzusu”nun lideri Bidzina İvanişvilinin “Biz osetinlərin "Vahid
Milli Hərəkat" tərəfindən oda qərq olunmasına görə üzr istəməliyik”
bəyanatına birbaşa cavab veriblər.
Məsələn, “Vahid Osetiya” partiyasının sədri Atzamaz Bibilov deyib
ki, “bunlar yaxşı sözlərdir”.
Bu osetin siyasətçinin fikrincə, “Gürcüstan ilk növbədə osetin
xalqının soyqırımını tanımalı, eləcə də Cənubi Osetiya
Respublikasının dövlət müstəqilliyini tanımalıdır. Bax, o zaman
belə bəyanatların səmimiliyinə inanmaq olar”.
“Əslində Gürcüstan tərəfi Cənubi Osetiya ilə
Gürcüstanın dövlət sərhədinin birgə delimitasiyası və demarkasiyası
məsələsində addım atmır. […]
Gürcüstan ilk növbədə 1920, 1989-1992-ci illərdə osetin xalqının
soyqırımını tanımalı, həmçinin gücdən istifadə etməmək haqqında
sənədi imzalamaqla Cənubi Osetiya Respublikasının dövlət
müstəqilliyini tanımalıdır və bundan sonra bu cür bəyanatların
səmimiliyinə əmin ola bilərik”, - Bibilov
bildirib.
Bibilov hesab edir ki, İvanişvilinin bəyanatı yalnız qarşıdan gələn
seçkilərə görə verilib. Bunun əksini sübut etmək üçün “Gürcüstan
Cənubi Osetiya ərazisində müharibəyə başlamaqda və hərbi cinayətlər
törətməkdə öz günahını etiraf etməlidir və yalnız bundan sonra deyə
bilərik ki, bu üzrxahlıq gürcü siyasətçilərinin ağzından səmimi
şəkildə eşidilir”.
“Vahid Osetiya” özünü elan etmiş Cənubi Osetiya Respublikasının
eks-prezidenti Anatoli Bibilovun müxalifət partiyasıdır, onun
ideoloji nüvəsi “Şimali və Cənubi Osetiyanın Rusiya Federasiyasında
birləşdirilməsi”dir.