ABŞ Gürcüstanda 60 nəfərə viza sanksiyaları tətbiq edib

ABŞ Dövlət Departamenti Gürcüstanda "demokratiyaya zərbə vurduqlarına" görə 60 Gürcüstan vətəndaşına - hökumət, biznes və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı viza sanksiyaları tətbiq edəcəyini açıqlayıb.



Dövlət Departamenti rəsmisinin sözlərinə görə, viza sanksiyaları bu şəxslərin ailə üzvlərinə də şamil olunacaq. Agentlik kimin sanksiyaya məruz qalacağını dəqiqləşdirməyib, lakin açıqlamada oxuyuruq:

“Sanksiyaya məruz qalanlar arasında gürcü xalqının fundamental hüquqlarını məhdudlaşdırmaq üçün
səlahiyyətlərindən sui-istifadə edən hökumət və bələdiyyə səviyyəli yüksək vəzifəli məmurları; korrupsiya əməllərində iştirak edən biznes liderləri; dezinformasiya yayan və zorakı ekstremizmi təbliğ edən şəxslər; etirazçıların döyülməsində iştirak edən hüquq-mühafizə orqanlarının nümayəndələri; Qeyri-demokratik qanunvericiliyin qəbulunda və vətəndaş cəmiyyətinin məhdudlaşdırılmasında mühüm rol oynayan millət vəkilləri də var”.

Dövlət Departamenti qeyd edir ki, o, Gürcüstanda insan haqlarının pozulması və antidemokratik hərəkətlərdən hələ də narahatdır. Agentlik əlavə tədbirlərlə bağlı müzakirələri davam etdirdiklərini bildirir.

“Birləşmiş Ştatlar gürcü xalqının zorakılıq, hədə-qorxu və təzyiqdən qorxmadan dinc şəkildə toplaşmaq, danışmaq və etiraz etmək hüququnu qeyd-şərtsiz dəstəkləyir”, - bəyanatda deyilir.
Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
«« Oktyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123