2008-ci ildə məcburi köçkün olan Natia İvanişvilinin bəyanatını təhqiredici adlandırır
Natia Okropiridze 3 azyaşlı övladı və həyat yoldaşı ilə birlikdə 2008-ci ildə Rusiyanın Gürcüstana hücumundan sonra məcburi köçkün statusu ilə yaşamaq üçün Marneuliyə köçüb. Natia Bidzina İvanişvili tərəfindən Qoridə, 14 sentyabr tarixində edilən bəyanata görə özünü təhqir edilmiş hiss edir. “Gürcü Arzusu”-nun lideri çıxışında bildirib ki, “biz mütləq özümüzdə güc tapacağıq ki, “Milli Hərəkatın” tapşırığa uyğun olaraq,
2008-ci ildə bizim osetin bacı və qardaşlarımızı atəşə atmasına görə üzr istəyə bilək”.


Natia Kiçik Liaxvidə, Disev kəndində yaşayırmış. O, bildirir ki, İvanişvilinin bəyanatı bütün gürcülər üçün, xüsusilə də öz ailə üzvlərini, doğma evlərini itirmiş məcburi köçkünlər üçün təhqiredicidir.

“Qoridə edilmiş bəyanat mənim üçün bir gürcü, həm də məcburi köçkün olaraq ilk növbədə təhqiredici idi. Həmişə uca səslə bəyanatlar etməkdən çəkinirəm. Amma bu kulminasiya idi. Həqiqətən, susmaq və göz yummaq olmazdı və bunu bacarmazdım da.

Orada dayanan və alqışlayan bütün adamlara, xüsusilə də Qori sakinlərinə qəzəblənirəm. Bilmirəm, bir gürcünü onu təhqir edəni alqışla qarşılamağa nə məcbur edə bilər. Ürəyim ağrıyır. Çox ağrıyır və başımda yalnız bir sual fırlanır. Nə üçün, nəyə görə üzr istəməliyik?

Övladlarımın doğma məkanının olmaması üçün üzr istəyim? Məhv edilmiş kəndimiz və yandırılmış evlər üçün? Ailə üzvümə benzin töküb əziyyət verirdilər. Gözü qarşısında yandırılmış kibrit fırladırdılar ki, səni yandıracağıq, kişinin ürəyi yatdı, öldü. Buna görə üzr istəyim? Üç körpə uşaqla açıq səma altında qaldım və öz ölkəmdə məcburi köçkünə çevrildim, bunun üçün üzr istəyim? Cənab İvanişvili mənə cavab versin. Mənim uşaqlarımın başının üstündən güllələr keçirdi, yoxsa onun uşaqlarının? Onda harada idi, kimin gülləni birinci atdığını və osetin “qardaşları”, yaxud bizi alova atanın kim olduğunu belə yaxşı bilir. Ayıbdır! Bu qədər təhqir etmək yetər!”
– Natia Okropiridze bildirir.

2008-ci il Rusiya-Gürcüstan müharibəsində həlak olmuş qəhrəmanların ailə üzvləri Bidzina İvanişvilinin bəyanatına münasibət bildiriblər. Həlak olmuş döyüşçülərin həyat yoldaşları qeyd edirlər ki, onlar həyat yoldaşlarının özlərini fəda etməsinə görə üzr istəməyəcəklər.

Rusiya ordusunun Gürcüstanın suveren ərazisinə hücumu 2008-ci ilin 7 avqust tarixində artıq başlamışdı. Müharibədə 411 nəfər Gürcüstan vətəndaşı həlak oldu. Onlardan 228 nəfəri dinc sakin, 14 polis, 169 isə hərbçi idi. Müharibə zamanı 1747 nəfər yaralanıb. Təxminən 150 000 şəxs evini tərk edib, onlardan 30 000-ə yaxını bu gün də məcburi köçkündür.

2008-ci ilin avqust müharibəsi nəticəsində Gürcüstan 189 kəndə nəzarəti itirib, onlardan 125 bu günə qədər yenə də işğal rejimi altındadır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
«« Oktyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123