Marneuli Televiziyasının sahibi yenidən Zaza Babluani olub
Marneuli Televiziyasının sahibi yenidən Zaza Babluani olub. Babluani “Marneuli” radiosuna bildirib ki, televiziyanın sahibi yenidən odur.

Marneuli Televiziyasının sahibi 60 gün ərzində Tornike Çabaloşvili idi. 2000-ci il təvəllüdlü Çabaloşvili Marneuli Bələdiyyə Məclisinin üzvü Vasil Xaxulaşvilinin bacısı oğludur. O, 2024-cü ilin 8 iyul tarixində Marneuli Televiziyasının sahibi olub – Televiziyanı Zaza Babluanidən alıb. 2024-ci ilin 4 sentyabr tarixində
televizyanın sahibi yenidən Babluani olub.

“Marneuli” radiosu Marneuli Televiziyasının sahibi ilə əlaqədar dəyişikliklə bağlı 4 sentyabr tarixində, saat 16:27-də məqalə yayımlayıb. Kommersiya və qeyri-kommersiya hüquqi şəxslər reyestrində sahibi ilə bağlı dəyişiklik həmin gün, saat 17:29-da qeydə alınıb.

Marneuli Televiziyasının sahibi bu il artıq üçüncü dəfədir dəyişib. Teleşirkəti 2 aprel tarixində Zaza Babluani Şalva Şubladzedən alıb. Nəticədə Zaza Babluani Zviad Keçağmadze ilə birlikdə teleşirkətə rəhbərlik edirdi.

Televiziyanın veb-səhifəsindəki məlumata görə, Marneuli Televizyası “Marneuli TV” MMC 2006-cı ilin 1 iyun tarixində təsis edilib. Televiziya Marneulidə MMC olaraq qeydiyyatdan keçənə qədər də fəaliyyət göstərirdi. Televiziyaya 25 il ərzində Şalva Şubladze rəhbərlik edirdi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
«« Oktyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123