“Mtavari Arxi”nin jurnalisti Ceyhun Narzalov siyasətə qoşulur
“Mtavari Arxi” telekanalının jurnalisti Ceyhun Narzalov siyasətə qoşulur. O, Parlament seçkilərində “Vahid Milli Hərəkat” partiyasının proporsional siyahısında yer ala bilər.

Ceyhun Narzalov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ölkədə baş verən siyasi hadisələrə və “agentlər” qanununa görə siyasətə qoşulur. Onun buna qərar verməsi asan olmayıb.

“İndiyə qədər mənim özümün planlarım var idi. Amma bu gün
ölkədə baş verən siyasi vəziyyət, dövlətin seçdiyi strategiya, hansı ki, qanun layihələri, qeyri hökumət təşkilatları ilə bağlı olan qanun, nə bilim agentlər haqqında olan qanun, bir çox şeylər var ki, məni bu yolu seçməyə məcbur etdi. Çünki mən gördüm ki, tək jurnalistikada və mənim özümün təsis etdiyim “Qırmızı Körpü” təşkilatımda irəli getmək olmur. Bu gün mənim mübarizəmin ən vacib və əsas nöqtəsi siyasətə qoşulmağımdır. Buna görə də qərara gəldim ki, mənə edilən təklifi dəyərləndirim. Sözün düzü, bundan qabaq başqa partiyalardan da təkliflər gəlmişdi. Razılaşmadım. Daha sonra çox fikirləşdim, mənim üçün çox çətin idi ki, illər boyunca sərmayə qoyduğum bir peşəni tərk edib, başqa bir sahəyə keçim. Başqa sahəyə keçmək mənim üçün çox ağır məsələdir. Mənə mane olan bir çox məsələlər var idi. Asan deyildi. Ona görə də düşündüm ki, belə bir yolda mübarizə aparım. Bu seçkidə elə bir mübarizə gedir ki, vətən üçün, xalq üçün son gücünü qoymalısan. Mən dedim ki, vətənin xeyrinə, Gürcüstanımız üçün, Azərbaycan dilli xalqın hüquqlarının qorunması üçün bunu qəbul etməliyəm. Çünki imkan var ki, o insanların səsi daha yüksəklikdən, Parlamentdən gəlsin”.

Narzalovun dediyinə görə, ona “Vahid Milli Hərəkat” partiyasından təklif gəlib və o, da bu təklifi artıq dəyərləndirib. Yaxın günlərdə bununla bağlı son qərarı verəcək.

“Hakim partiyadan təklif gəlsə də, oranı heç bir zaman seçməzdim. Oradan mənə heç bir təklif gəlməyib. Amma əvvəllər başqa partiyalardan təkliflər gəlmişdi və onlarla razılaşmadım. Bilirsiniz ki, digər partiyalarda arıq nümayəndələr var. Bu “Lelo”dur, “Axali”dir. Bizim Aqil kimi qardaşımız var. Çox dəyər verdiyim, hörmət eylədiyim bir şəxsdir. O, mənim üçün nümunəvi bir gəncdir. Dəyər verdiyim və hörmət etdiyim bizim qardaşımız Oqtay var. Qaxarianın partiyasının da fərqli bir siyasəti var. Hər bir halda keçmişdə ölkə üçün yaxşı işlər görmüş 5 nömrə olan “VHM” partiyasının işlərini də nəzərə aldım və yekunda bu partiyaya qoşulmağı düşündüm. Artıq qoşulmaq ərəfəsindəyəm. Hələ ki müzakirələr davam edir. Mənim razılığım var, amma yekun qərarı verməmişəm. Yaxın günlərdə yekun qərarım haqqında ictimaiyyətə məlumat verəcəyəm. Hansı sıralarda olmağımla bağlı hələ ki partiya ilə danışıqlarımız gedir”.

Ceyhun Narzalovun bildirdiyinə görə, o, hələ jurnalist olaraq çalışır. Siyasətə qoşulacağı təqdirdə jurnalist peşəsini tərk edəcək.

“Təbii ki, siyasətçi olduğum halda jurnalistikanı buraxmaq məcburiyyətindəyəm. Həm jurnalist, həm də siyasətçi ola bilmərəm. Amma hələ ki, jurnalistəm. Qaldı ki, qeyri hökumət təşkilatımın rəhbəri kimi qalmağım, ölkənin siyasətinə, keçiriləcək seçkilərə bağlıdır. Böyük ehtimalla, Allahın köməkliyi ilə bu hakimiyyət dəyişəcək. Hakimiyyət dəyişəndən sonra da o qanun da ləğv olunacaq. Qanun ləğv olunandan sonra QHT-lərin həmişəki imici geri qayıdacaq. Mən də əlimdən gələni edəcəyəm ki, misal üçün o cür təşkilatlar fəaliyyətlərini dayandırmasın. Onlardan biri də “Qırmızı körpü”dür. Bizim gənclərimizin inkişaf etməsində QHT-lər müsbət rol oynamışdır”.

Qeyd edək ki, bu ilin oktyabr ayının 26-da Gürcüstanda Parlament seçkiləri keçiriləcək. Artıq siyasi partiyalar görüşlərə başlayıblar və proporsional siyahılarını da paylaşıblar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
«« Oktyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123