Qiorqi Qaxaria və Mamuka Xazaradze bildiriblər ki, onların
qüvvələrinin birləşdirilməsi ilə bağlı danışıqlar sentyabrın 19-da
davam etdiriləcək.
Onlar bu barədə prezidentin iqamətgahını tərk etdikdən sonra
bildiriblər. Orada artıq iki raund danışıqlar aparıblar.
Qaxaria qeyd edib ki, danışıqlar sabah başa çatacaq. Onun sözlərinə
görə, problemli
paritet məsələsi də daxil olmaqla, müəyyən
razılaşmalar əldə olunub.
Xazaradze deyib ki, “prinsipcə” tərəflər razılığa yaxındırlar. O
vurğulayıb ki, həll olunmayan məsələlər vəzifə və seçki siyahıları
ilə bağlı deyil.