Daxili İşlər Nazirliyinin məlumatına görə, bir nəfər - B.C.
saxlanılıb.
Agentlikdən verilən məlumata görə, həyata keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində 1998-ci il təvəllüdlü B.C
cinsinə görə ağırlaşdırıcı şəraitdə xüsusi amansızlıqla qəsdən adam
öldürmə maddəsi ilə saxlanılıb.
“İstintaq müəyyən edib ki, bu il sentyabrın 18-də
təqsirləndirilən şəxs Didi Diğomidə qarşılıqlı mübahisə zəminində
1987-ci il təvəllüdlü K.A.-nı qətlə yetirib.
O, evində soyuq silahla çoxsaylı xəsarətlər yetirərək hadisə
yerindən gizlənib. Yaralı K.A. aldığı xəsarətlər nəticəsində
yerindəcə keçinib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs
“isti izlər”lə yaxalanıb. Cinayətin silahı - bıçaq maddi sübut kimi
götürülüb”, - məlumatda deyilir.
İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “h” və “m”
maddələri ilə qəsdən adam öldürmə, yəni xüsusi amansızlıqla və
cinsiyyət əlamətini ağırlaşdıran hallarda aparılır.
Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.