Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyalara parlament
seçkiləri üçün partiya siyahısını elektron şəkildə təqdim etmək
imkanı verir.
Məlumatı Seçki Administrasiyası yayır.
“Elektron platformadan istifadə etməklə partiya
siyahılarının təqdim edilməsi və qeydiyyat qaydası ilə bağlı MSK-da
işçi görüşü keçirilib. Görüşdə MSK-nın təklifinə cavab olaraq
partiya siyahılarının və ona əlavə edilmiş sənədlərin elektron
qaydada təqdim edilməsi barədə qərar qəbul edən siyasi partiyaların
nümayəndələri iştirak ediblər. Görüşdə elektron platformadan
istifadə ilə əlaqədar məsələlər ətraflı müzakirə olunub.
Sentyabrın 10- da MSK-nın qərarına dəyişiklik daxil edilib, buna
əsasən partiyalar Gürcüstan Parlamentinin 2024-cü ilin 26 oktyabr
seçkiləri üçün qeydiyyat məqsədilə elektron platformadan istifadə
etməklə partiya siyahısını təqdim edə bilərlər, bundan sonra da MSK
seçkilər üçün qeydiyyatdan keçmiş partiyalara siyahıların elektron
qaydada təqdim olunması qaydasından istifadə etməyi təklif edib.
Altı partiya qeyd olunan qaydada partiya siyahısını təqdim etmək
qərarını qəbul edib” – MSK-nın məlumatında
deyilir.
MSK izah edir ki, 26 oktyabr seçkiləri üçün qeydiyyatdan keçmiş
siyasi birliklər partiya siyahılarını sentyabrın 26-ı da daxil
olmaqla təqdim etməlidirlər.