Bu gün, 19 sentyabr tarixində, “Gürcü Arzusu”-nun seçki kampaniyası
çərçivəsində regional görüş keçiriləcək.
Marneuli nəqliyyat şirkəti “Ekspressturist” MMC-nin rəhbəri
bildirdi ki, onun sürücüləri öz istəkləri ilə gedirlər. Ancaq o,
bizi əmin etdi ki, tədbirə gedəcək nəqliyyat vasitələrinin sayı çox
deyil və Marneulidə qalan əhalinin hərəkət etməsinə maneəçilik
yaranmayacaq.
“Çox deyil, sürücülərin özləri xahiş etdilər ki, onlar
(əhali) icarəyə götürüblər. Sürücülər xahiş etdilər və sakinlərə
maneçilik yaranmayacaq. Fikrimcə öz vəsaitləri ilə gedirlər
(əhali)”, – Yuri Samxaradze bildirir.
“Ekspressturist”-in nəqliyyat vasitələri əksər hallarda
hakimiyyətin planlaşdırdığı aksiyalara sərnişin aparır.
Görüşdə hakim partiya liderləri çıxış edəcəklər, tədbir saat
20:00-da başlayacaq.