Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında iştirak edib (FOTO)
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Qazaxıstanda keçirilən Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrdan “Marneuli” radiosuna verilən məlumata görə, teatrın sənətçiləri Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” əsərinin motivləri əsasında hazırlanmış tamaşa ilə çıxış ediblər.

“Teatrın rəhbəri və əməkdaşları bu il 27 sentyabrdan 1 oktyabr tarixinə qədər Qazaxıstanda keçirilən festivalda iştirak ediliblər. Tamaşa uğurla
nümayiş etdirildi və tamaşaçılar, teatr ekspertləri tərəfindən böyük maraqla və alqışlarla qarşılandı. Tamaşa teatr ekspertləri tərəfindən yüksək qiymətləndirilərək mükafata layiq görüldü”,
– məlumatda deyilir.

Səhnə əsərində rolları Nərmin Həsənova, Telman İsfahanlı, Mədinə Həsənova, Fuad İsfahanlı və Turqay Vəlizadə ifa ediblər.

Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” əsərinin motivləri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri və rejissoru Turqay Vəlizadədir.

Qeyd edək ki, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının qastrol səfəri Gürcüstan Mədəniyyət və İdman Nazirliyinin maddi dəstəyi ilə reallaşıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google
«« Noyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1