Tıxacların yaranmasına səbəb yeni yaşayış binalarının tikintisidirmi? – SORĞU
16:49 / 04.10.2024
Son illərdə Marneulidə çoxmərtəbəli yaşayış binaları tikilir. Ən
çox yeni binalara şəhərin Rustaveli və 26 may küçələrində rast
gəlmək mümkündür.
Bu binalar isə əsasən yol kənarlarında inşa edilir. Bu da
sakinlərin və avtomobillərin hərəkətinə maneçilik törədir.
Bununla bağlı Marneuli sakinləri arasında sorğu keçirdik. Onlardan
şəhərin mərkəzi küçələrində çoxmərtəbəli binaların olmasını necə
dəyərləndirdiklərini soruşduq. Sorğuda iştirak edənlərin
əksəriyyəti bildirdi ki, şəhərdə tikilən binalar şəhərə gözəllik
verir və yaxşı haldır. Bəzi sakinlər isə qeyd etdilər ki, ilk öncə
infrastruktur olmalıdır və ondan sonra binalar inşa
edilməlidir.
Qeyd edək ki, Marneulidə tikilən yaşayış binalarının əksəriyyəti 13
mərtəbəlidir və binaların birinci və ikinci mərtəbələri obyektlər
üçün nəzərdə tutulur. Həmin obyektlər isə banklara, mağazalara və
apteklərə icarəyə verilir.