Polis Marneulidə pul tələb etməyə görə 3 nəfəri saxlayıb (VİDEO)
11:26 / 10.10.2024
Polis Marneulidə pul tələb etməyə görə 3 nəfər saxlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli Polis
Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları qrup halında
külli miqdarda pul tələb etməyə köməklik göstərərək özgənin
əmlakına zərər vurmağa cəhd göstərmələri faktları ilə bağlı 2000-ci
il təvəllüdlü R.A., 2002-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş
F.B. və 2001-ci il təvəllüdlü M.E həbs olunub.
“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər
müxtəlif vaxtlarda xaricdə yaşayan “kriminal avtoritetin” tapşırığı
ilə Marneuli bələdiyyəsində vətəndaşlardan külli miqdarda pul tələb
ediblər, əks halda onları öldürmək və əmlaklarını məhv etməklə
hədələyiblər.
İmtina cavabını aldıqdan sonra R.A. zərərçəkmişlərdən birinin
evinin həyətindəki avtomobili yandırmaq məqsədi ilə “Molotov”
kokteyli atıb, təqsirləndirilən şəxslər başqa vətəndaşın həyətinə
hədə-qorxu məktubu və 3 ədəd patron atıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hər üç şəxsi
təqsirləndirilən şəxs qismində saxlayıb. Polis patronları sübut
olaraq götürüb”, - deyə məlumatda bildirilir.
Qurumdan verilən məlumata görə, hadisə ilə bağlı Cinayət
Məcəlləsinin 25-181 və 19-187-ci maddələri ilə istintaq
aparılır.
Cinayətlər 9 ilə qədər azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.