Polis Marneulidə pul tələb etməyə görə 3 nəfəri saxlayıb (VİDEO)
Polis Marneulidə pul tələb etməyə görə 3 nəfər saxlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları qrup halında külli miqdarda pul tələb etməyə köməklik göstərərək özgənin əmlakına zərər vurmağa cəhd göstərmələri faktları ilə bağlı 2000-ci il təvəllüdlü R.A., 2002-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş F.B. və 2001-ci il təvəllüdlü M.E
həbs olunub.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda xaricdə yaşayan “kriminal avtoritetin” tapşırığı ilə Marneuli bələdiyyəsində vətəndaşlardan külli miqdarda pul tələb ediblər, əks halda onları öldürmək və əmlaklarını məhv etməklə hədələyiblər.

İmtina cavabını aldıqdan sonra R.A. zərərçəkmişlərdən birinin evinin həyətindəki avtomobili yandırmaq məqsədi ilə “Molotov” kokteyli atıb, təqsirləndirilən şəxslər başqa vətəndaşın həyətinə hədə-qorxu məktubu və 3 ədəd patron atıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hər üç şəxsi təqsirləndirilən şəxs qismində saxlayıb. Polis patronları sübut olaraq götürüb”,
- deyə məlumatda bildirilir.

Qurumdan verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 25-181 və 19-187-ci maddələri ilə istintaq aparılır.

Cinayətlər 9 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google