Daxili İşlər Nazirliyi narkotik cinayətləri törətməkdə təqsirli bilinən 30 nəfəri, o cümlədən 25 narkotik alverçisini saxlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisinin, Tbilisi, Şida Kartli, Acarıstan, Sameqrelo-Zemo Svaneti, İmereti və Kaxeti polis idarələrinin əməkdaşları tərəfindən həyata keçirilən son əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 30 nəfər narkotik cinayətləri, o cümlədən 25 narkotik alverçiliyi ittihamı ilə saxlanılıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Agentliyin məlumatına görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici
ölkə vətəndaşları var.

Cinayətlər 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotika ittihamı ilə saxlanılmış şəxslərin şəxsi və yaşayış evlərinə baxış zamanı, həmçinin külli miqdarda narkotik vasitə, o cümlədən “MDMA”, “Amfetamin”, “Metamfetamin”, “Heroin”, “Buprenorfin”, “Metadon”, "Ketamin", "Tramadol", "Mephedrone", "Alpha-PVP" və "Marixuana" çıxarılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışından əldə edilən pullar və elektrik tərəziləri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Gürcüstan Cinayət Məcəlləsinin 260, 18-260, 19-260, 19-25-260, 265, 18-273, 19-273 və 273-cü maddələri üzrə araşdırma aparılır.


Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google