“Milli Hərəkat”ın liderlərindən biri Anna Tsitlidze “Gürcü
arzusu”nu dövlət məmurlarının köməyi ilə
seçicilərdən şəxsiyyət vəsiqələrini müsadirə etməkdə ittiham edir.
O, xüsusi olaraq keçirilən brifinqdə onun sözlərinə görə,
seçicilərin şəxsiyyət vəsiqələrini əlindən alan konkret şəxslərin
adını çəkib.
Tsitlidzenin buna görə günahlandırdığı şəxslərdən biri də
Enqurhesin direktoru Levan Meboniadır. Onun sözlərinə görə, Mebonia
Enqurhesin müxalifətdə olan əməkdaşlarının şəxsiyyət vəsiqələrini
əlindən
alır.
Tsitlidze Mebonianı daha da ağır cinayətdə ittiham edir. Onun
sözlərinə görə, Mebonia seçki günlərində körpünün bağlanması üçün
faktiki sərhəd olan Enquri körpüsündə rus hərbçiləri ilə danışıqlar
aparır.
Tsitlidze deyir ki, bu ittihamların hər ikisinə dair sübutlar var,
onları artıq beynəlxalq təşkilatlara və müşahidə missiyalarına
təqdim edib.
“Levan Mebonia qarşısında əksəriyyəti müxalifətdə olan
Enqurhes işçilərinin şəxsiyyət vəsiqələrini müsadirə etmək
tapşırığı var ki, bu insanlar seçki günü seçkiyə gedib səs verə
bilməsinlər.
İkincisi, daha da ağır cinayət: Enquri SES-in direktoru Levan
Mebonia 24, 25 və 26 oktyabrda rus işğalçıları ilə Enquri
körpüsünün bağlanması üçün əsas danışıqlar aparan şəxsdir/ Belə ki,
işğal olunmuş ərazilərdən olan Gürcüstan vətəndaşlarının seçkilərdə
iştirak etmək imkanı yoxdur”, - deyə Anna Tsitlidze
bildirib.
Tsitlidze seçicilərin şəxsiyyət vəsiqələrini zorla müsadirə etməkdə
Zuqdidi Şəhər Şurasının üzvü, “Gürcü arzusu” fraksiyasının sədr
müavini Tazo Patsatsianı da günahlandırır.
Tsitlidzenin adını çəkdiyi şəxslərdən biri də “Gürcü arzusu” seçki
siyahısına daxil olan Davit Koduanın atası Otar Koduadır. Tsitlidze
Otar Koduanı dəfələrlə onlara qarşı yönəlmiş fəaliyyətlərdə -
şifahi və fiziki hücumlarda və təxribatlarda ittiham edib.
“Sosial cəhətdən həssas olan hər bir Zuqdidi sakininə
müraciət etmək və onlara xatırlatmaq istərdim: şəxsiyyət vəsiqəsini
müsadirə etmək cinayətdir və kimliyindən asılı olmayaraq sizi
şəxsiyyət vəsiqəsi verməyə məcbur edən hər kəs
cinayətkardır", - Anna Tsitlidze bildirib və əhalini
daha kimlərin şəxsiyyət vəsiqələrini tələb etdiyi barədə ətraflı
məlumat verməyə çağırıb.
Tsitlidze onlara sənədlərin qaytarılacağını və hüquqi dəstək vəd
edir.
O, son bir neçə gündə 20-dən çox insanın şəxsiyyətini bərpa edə
bildiyini deyir. Onun sözlərinə görə, müxalifət düşüncəli
vətəndaşlardan seçkidə iştirak edə bilməmək üçün şəxsiyyət
vəsiqələri alınır.
Məsələyə “Avropaya bəli – Aqmaşenebelinin strategiyası”
partiyasından Mərkəzi Seçki Komissiyasının üzvü Anna Kobaxidze
cavab verib. Onun sözlərinə görə, digər rayonlarda da oxşar faktlar
qeydə alınır. Məsələn, Kaxetidə. Kobaxidze şəhər şuralarının və
bələdiyyələrin əməkdaşlarının tabeliyindəki işçilərin sənədlərini
götürməsi və ya onlardan surətlərini təqdim etmələrini və şəxsi
məlumatlarını qeyd etməyi tələb etməsi hallarını təsvir edib.
“Netqazet”ə danışan Kobaxidze bildirib ki, onun informasiya aldığı
şəxslər indiki mərhələdə özünü tanıtmaqdan çəkinirlər.
Həm Kobaxidze, həm də Tsitlidze əvvəllər oxşar işlərdən
danışıblar.
“Netqazeti” Levan Mebonia ilə əlaqə saxlayıb. Mediadan sualları
eşidəndən sonra görüşünün olduğunu deyərək mobil telefonu söndürüb.
Zuqdidi Şəhər Şurasının üzvü Tazo Patsatsia ilə əlaqə saxlamaq
mümkün olmayıb. Onun mobil telefonu söndürülüb.
“Netqazeti” polis və dövlət qulluqçularının törətdiyi iddia edilən
cinayətlərin araşdırılması səlahiyyəti olan Xüsusi İstintaq
Xidmətinin araşdırmaya başlayıb-başlamadığını öyrənməyə çalışır.
Daxili İşlər Nazirliyi və “Gürcü Arzusu”nun Zuqdidi təşkilatı ilə
də əlaqə saxlanılıb. Onlardan cavab alındığı halda məlumat
yenilənəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415