Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar işğal
altındakı Tsxinvalidə “Razdaxan” və “Perevi” keçid məntəqələri
bağlanacaq.
Bu, qondarma prezident Alan Qaqloyevin rəhbərlik etdiyi “Cənubi
Osetiya Respublikası Təhlükəsizlik Şurasının” operativ iclasında
qəbul edilib. Məlumatı Exo Кавказ yayıb.
KİV-in məlumatına görə, de-fakto prezidentin “mətbuat ofisi” izah
edib ki, keçid məntəqəsi “Cənubi Osetiya əhalisinin
təhlükəsizliyini təmin etmək və Gürcüstanın qərbyönlü və
millətçi
radikal qüvvələrinin mümkün təxribatlarını istisna etmək üçün
bağlanacaq”.
Qaqloyev görüşdə bildirib ki,
“Qərb ölkələrinin kəşfiyyat
xidmətləri və səfirlikləri artıq açıq şəkildə işləyir və parlament
seçkiləri zamanı Gürcüstanda vəziyyətin nəzarətdən çıxması üçün hər
şeyi edəcək”.
"Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da
keçiriləcək və daxil olan məlumatları, o cümlədən açıq mənbələrdən
daxil olan məlumatları nəzərə alsaq, vəziyyətin mürəkkəbləşdiyini
görürük", - de-fakto prezident deyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415