Bu ilin yanvar-sentyabr aylarında Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu (TBNM) ilə daşımaların həcmi 70 % artaraq 3,4 milyon tona
çatıb.
Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev “APM
Terminals Poti” şirkətinin baş direktoru Kristian Ryöder ilə
keçirdiyi görüşdə bildirib.
Orta Dəhlizin inkişafına toxunan M.Karabayev konteyner
daşımalarının artdığını bildirib. Onun sözlərinə görə, bu ilin 9
ayında konteyner daşımalarının
həcmi ötən ilin eyni dövrü ilə
müqayisədə 3 dəfə artaraq 34,6 min TEU-ya çatıb. Həmçinin
yanvar-avqust aylarında Çindən konteynerlərin tranziti 20 dəfədən
çox artıb.
"Tərəflər Qazaxıstan və “APM Terminals” şirkəti
arasında nəqliyyat əlaqələrini gücləndirəcək, həmçinin TBNM üzrə
konteyner daşımalarının artımını təmin edəcək gələcək əməkdaşlığa
hazır olduqlarını bildiriblər", - məlumatda
vurğulanıb.
Qara dəniz sahilində əsas nəqliyyat qovşağı olan “APM Terminals
Poti| Poti Sea Port Corporation” Gürcüstanın Poti şəhərində
yerləşir.
Məlumata görə, oktyabrın 9-da keçirilən görüşdə TBNM çərçivəsində
yükdaşımaların həcminin artırılması və nəqliyyat infrastrukturunun
inkişafı əsas müzakirə mövzusu olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415