Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Avropa Parlamentinin
qəbul etdiyi qətnaməni Gürcüstanın daxili işlərinə kobud müdaxilə
kimi qiymətləndirib.
Partiyanın sədri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında
qətnamənin Gürcüstandakı “radikal və müflis müxalifət”in
havadarları olan lobbiçilər tərəfindən hazırlandığını, Gürcüstan
dövlətçiliyi əleyhinə olduğunu qeyd edib. O, Avropa Parlamentinin
iki il əvvəl də oxşar qətnamə qəbul etdiyini xatırladıb.
“Xoşbəxtlikdən və ya bədbəxtlikdən, bu, ilk və ya son qətnamə
deyil. Biz belə çox ədalətsiz qətnamələr görmüşük. Xatırlayırsınız,
iki il öncə ölkəmizə namizəd statusu verilməsindən imtina edildi.
İvanişviliyə sanksiyaların tətbiq edilməsi, Saakaşvilinin azadlığa
buraxılması, Kezeraşvilinin media meneceri kimi qeyd edildiyi
bənzər mətn eyni mesajlarla qəbul edilmişdi. İndi isə biz görürük
ki, bizim radikal və müflis müxalifətin qəyyumu olan lobbiçilər
onların yardımı ilə Gürcüstan əleyhinə belə bir qətnamə
hazırlayıblar. Bu bizim ölkəmizin daxili işlərinə daha bir utanmaz
müdaxilənin nümayişidir”, - deyə Qaribaşvili
deyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415