Rusiyada həbsdə olan ukraynalı jurnalist Viktoriya Roşina dünyasını
dəyişib.
Radanın deputatı Yaroslav Yurçişin jurnalistin ölümü ilə bağlı
məlumatı mərhumun atasına əsaslanaraq yayıb.
Roşina artıq bir il idi ki, həbsdə idi. Jurnalist 2023-cü
ilin
avqustunda işğal olunmuş Ukrayna ərazisindən yoxa çıxmışdı. Daha
sonra Roşinanın rus əsirliyində olduğu bildirilmişdi.
Məhbus Moskvadan Taqanroqa aparılarkən ölüb. Bu mərhələdə əlavə
təfərrüatlar məlum deyil.