Ukraynalı jurnalist Viktoriya Roşina Rusiya həbsxanasında dünyasını dəyişib
Rusiyada həbsdə olan ukraynalı jurnalist Viktoriya Roşina dünyasını dəyişib.

Radanın deputatı Yaroslav Yurçişin jurnalistin ölümü ilə bağlı məlumatı mərhumun atasına əsaslanaraq yayıb.

Roşina artıq bir il idi ki, həbsdə idi. Jurnalist 2023-cü
ilin avqustunda işğal olunmuş Ukrayna ərazisindən yoxa çıxmışdı. Daha sonra Roşinanın rus əsirliyində olduğu bildirilmişdi.

Məhbus Moskvadan Taqanroqa aparılarkən ölüb. Bu mərhələdə əlavə təfərrüatlar məlum deyil.
Mənbə: Tabula

Print Email
FaceBook Twitter Google
«« Noyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1