MSK: Hazırda xaricdə səsvermə hüququ olan seçicilərin sayı 95 834 nəfərdir

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yenilənmiş məlumatlara əsasən, xaricdə səsvermə hüququ olan seçicilərin sayı 95 834 nəfərdir. Bu barədə MSK-nın mətbuat katibi Natia İoseliani oktyabrın 10-da iclasdan sonra keçirilən brifinqdə məlumat verib.



Qurumdan verilən məlumata görə, bundan başqa, bu gün, oktyabrın 11-də keçiriləcək iclasda seçki məntəqələrinin açılması məsələsi yenidən müzakirə olunacaq.

“İctimaiyyətə məlumdur ki, MSK sentyabrın
26-da keçirilən iclasında parlament seçkiləri üçün xaricdə səsvermə hüququ olan 65 508 nəfər üçün 42 ölkədə 60 seçki məntəqəsi yaradıb. Yenilənmiş məlumatlara əsasən, MSK-nın sabahkı iclasında səsvermənin təmin edilməsi məqsədilə əlavə 30 326 seçici üçün əlavə seçki məntəqələrinin açılması məsələsi müzakirə olunacaq. O cümlədən, əlavə 7 məntəqənin açılmasından söhbət gedir. Qeyd edək ki, bu, yekun məlumat deyil və 20 seçici ilə bağlı məlumat hələ də aidiyyatı qurumlarla dəqiqləşdirilir”,
- deyə mətbuat katibi bildirib.

Onun sözlərinə görə, MSK-nın sabah keçiriləcək iclasında İsraildə artıq açılmış seçki məntəqəsi ilə bağlı məsələ müzakirə olunacaq.

MSK izah edir ki, bu məsələnin müzakirəsinə əsas kimi Xarici İşlər Nazirliyindən MSK-ya göndərilən məktubda İsrailin Ramat-Qan şəhərindəki vəziyyətlə bağlı vəziyyət və risklərdən, bu vəziyyətdə seçki məntəqəsinin fəaliyyət göstərməsi məsələlərdən bəhs edilir..
Bir neçə gün əvvəl MSK həmçinin qərar qəbul edib ki, xaricdə olan və işğal olunmuş ərazilərdə qeydiyyat ünvanı olan seçicilər faktiki ünvanlarında parlament seçkilərində iştirak etmək imkanı əldə edəcəklər.

Bu qərar yeni məntəqələrin açılması demək deyil. Bu o deməkdir ki, işğal olunmuş ərazilərdə ünvanı olan və bu və ya digər ölkədə yaşayan məcburi köçkünlər həmin ölkənin diplomatik nümayəndəliyinin olduğu və seçki məntəqəsi açılan şəhərində səs verə biləcəklər.

Bundan əvvəl “Azadlıq” radiosu yazıb ki, Gürcüstanın işğal olunmuş ərazilərini qeydiyyat yeri kimi göstərən və faktiki ünvanlarını Gürcüstanın nəzarətində olan ərazisində qeydiyyatdan keçirməyən xaricdə yaşayan məcburi köçkünlərin seçkilərdə iştirakında problem yaranıb. Onlar da bu yaxınlarda bildilər ki, konsulluq qeydiyyatına gəlmələrinə baxmayaraq, seçici siyahısına salına bilməyiblər.

 

Print Email
FaceBook Twitter Google
«« Noyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1