AzadlıqRadiosunun əməkdaşları Rusiya ordusunun atəşinə məruz qalıb
AzadlıqRadiosunun çəkiliş qrupu oktyabrın 10-da Ukraynanın şərqi Donetsk bölgəsində, Baxmut istiqamətində hərbi çəkilişlər zamanı Rusiya qüvvələrinin atəşinə məruz qalıb.

AzadlıqRadiosunun Ukrayna xidmətinin "Donbas.Realii" layihəsindən müxbir Roman Paquliç və operator Pavel Xolodov FPV dronlarının operatorlarının işini lentə alarkən Rusiya hərbçiləri Ukrayna döyüşçülərinin mövqelərinə artilleriya zərbəsi endiriblər.

Birinci mərmi hərbi müxbir R.Paquliç və onun söhbət etdiyi döyüşçülərin yaxınlığına düşüb.
Nəticədə R.Paquliç kontuziya alıb, iki döyüşçü isə yüngül yaralanıb. Operator P.Xolodova isə qəlpələr dəyməyib.

R.Paquliçin dediyinə görə, onun zirehindəki boyun nahiyəsinin ballistik qoruyucusu mərminin qəlpələrindən birinin daha çox zərər verməsinin qarşısını alıb. Hal-hazırda yaralı döyüşçülərin və çəkiliş qrupunun üzvlərinin həyatına təhlükə yoxdur.

R.Paquliç 2018-ci ildən AzadlıqRadiosunda işləyir, cəbhə xəttindən reportajlar, həmçinin Ukrayna ordusunun problemləri haqda analitik materialların müəllifidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
«« Noyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1