Prokurorluğun məlumatına görə, qurumun təqdim etdiyi sübutlar
əsasında keçmiş həyat yoldaşını ağırlaşdırıcı şəraitdə öldürməyə
cəhddə təqsirləndirilən şəxs və onun cinayət ortağı 17 və 16 il
müddətinə azadlıqdan məhrum edilib.
Agentliyin məlumatına görə, Rustavi Şəhər Məhkəməsi prokurorluğun
təqdim etdiyi sübutları tam qəbul edib və təqsirləndirilən şəxsləri
Vaxtanqisi kəndində ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhddə
təqsirli bilib.
Prokurorluğun məlumatına
görə, prosesdə tədqiq edilən sübutlarla
sübut edilib ki, yanvarın 21-də təqsirləndirilən şəxs bacısı övladı
ilə birgə Qardabani bələdiyyəsinin Vaxtanqisi kəndinə,
təqsirləndirilən şəxsin keçmiş arvadının evinə gəlib və orada
təqsirləndirilən şəxs cinsinə görə dözümsüzlük səbəbiylə keçmiş
arvadının kürəyindən bıçaqla ağır yaralayıb.
Təqsirləndirilən şəxsi müşayiət edən şəxs zərərçəkmişi saxlayıb və
ona qaçmağa imkan verməyib. Təcili tibbi yardım nəticəsində
zərərçəkənin həyatını xilas etmək mümkün olub.
Təqsirləndirilən şəxslər ağırlaşdırıcı şəraitdə adam öldürməyə
cəhddə ittiham olunublar.
Rustavi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi ağırlaşdırıcı
şəraitdə ailə üzvünə qarşı adam öldürməyə cəhd ittihamı üzrə tam
təqsirli bilib və 17 il, təqsirləndirilən şəxsin qohumu isə
ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhdə görə 16 il müddətinə
azadlıqdan məhrum edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415