Vahid Milli Hərəkatın üzvləri ehtimal edirlər ki, səhərin erkən
saatlarında Varketilinin 3-cü mikrorayonunda yerləşən partiyanın
ofisinə basqın edilib. Onlar məsuliyyəti hakim “Gürcü Arzusu”na
yükləyirlər.
Partiyanın üzvü İrakli Nadiradzenin məlumatına görə, ofisdə
“şüşələr sındırılıb, boya və butulkalar atılıb”.
Partiyanın məlumatına görə, dağıdılmış ofisin qarşısında yerləşən
parka video kameralar quraşdırılıb. Bu səbəbdən, polis bu işin
araşdırılmasını asanlıqla həyata
keçirə bilər.
Cari ilin yaz və yay aylarında, “Gürcü Arzusu" Avroatlantik
inteqrasiya prosesini dayandıran "rus qanunu"nu qəbul etdiyi zaman,
bir çox ofis dağıdılıb və fəallar döyülüb. Dağıdılan ofislər
arasında aeroport yolunda yerləşən VMH-nin mərkəzi ofisi də var ki,
bu işlər üzrə heç kəs saxlanılmayıb.