“Biz radikal müxalifəti təxribatlar planlaşdırmaqdan
çəkinməyə çağırırıq. İstənilən təxribata dövlət tərəfindən ən sərt
cavab veriləcək”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Baş
Prokurorluğunun ötən gün yaydığı bəyanatla əlaqədar keçirdiyi
brifinqdə deyib.
O, bildirib ki, “Gürcü Arzusu” partiyasının reytinqi hazırda 60
faizdir və müxalif Vahid Milli Hərəkat bu seçkilərdə 9-cu dəfə
məğlubiyyətə uğradılacaq. Hökumət başçısı hüquq-mühafizə
orqanlarını
qarşıdakı iki həftə ərzində xüsusilə diqqətli olmağa
çağırıb.
“Təqsirləndirilən Darço Xeçuaşvilinin şübhəli şəkildə
Gürcüstana qeyri-qanuni daxil olmaq cəhdini və radikal müxalifətin
partiya ofislərində gedən danışıqları nəzərə alaraq, mən bütün
hüquq-mühafizə orqanlarını növbəti iki həftə ərzində daha ehtiyatlı
olmağa və təxribatların qarşısını almaq üçün xüsusilə diqqətli
işləməyə çağırıram”, - Kobaxidze bildirib.
Kobaxidze qeyd edib ki, dövlət heç kimə ölkədə qarışıqlıq yaratmağa
imkan verməyəcək.
Xatırladaq ki, 11 oktyabrda Gürcüstanın Baş Prokurorluğu 2016-cı
ildə sabiq deputat Qivi Targamadzeyə qarşı sui-qəsd təşkil etmək
ittihamı ilə axtarışda olan Darço Xeçuaşvilinin saxlanılması ilə
bağlı məlumat yayıb. Bildirilib ki, şübhəlinin dindirilməsi zamanı
Qivi Targamadzenin izlənilməsi ilə bağlı tapşırığın sabiq Prezident
Mixeil Saakaşvili tərəfindən verildiyi məlum olub. Məlumata görə,
Saakaşvili Şota Çiçiaşvili ilə görüşdə ona Targamadzenin
loyallığına şübhə etdiyini və izlənilməsi göstərişi verib.
Çiçiaşvili isə bu işi Gürcüstan Daxili İşlər Nazirliyinin sabiq
əməkdaşı olan Darço Xeçuaşviliyə həvalə edib. Qeyd olunub ki, bunun
müqabilində Darço Xeçuaşviliyə Ukraynanın Odessa vilayətində vəzifə
təklif edilib. 2016-cı ildə deputat Qivi Targamadzenin avtomobili
partladıldıqdan sonra Darço Xeçuaşvili Çiçiaşvilinin təlimatı ilə
Türkiyəyə qaçıb.
Cinayət işində Saakaşvili ilə yanaşı Gürcüstanın sabiq daxili işlər
naziri müavini, hazırda Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini
olan Qia Lordkipanidzenin adı hallanır.
Qeyd edək ki, Qivi Targamadze Baş Prokurorluğun bəyanatına etiraz
edib. O, sui-qəsd cəhdinin arxasında sabiq Prezident Mixeil
Saakaşvilinin deyil, Gürcü Arzusu partiyasının dayandığını, bununla
əlaqədar dəlilləri Baş Prokurorluğa artıq təqdim etdiyini
bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415