Oktyabrın 13-də Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayıb və
orada bildirilir ki, bir sıra vətəndaşlar Daxili İşlər Nazirliyi
adından anlaşılmaz məzmunlu mesaj aldıqları barədə agentliyə
müraciət ediblər.
“Vətəndaşların məlumatlandırılması
üçün Daxili İşlər Nazirliyi tərəfindən heç bir bildiriş
göndərilmədiyini bildirmək istərdik və vətəndaşları aldanmamağa
çağırırıq”, - deyə məlumatda bildirilir.
Daxili İşlər Nazirliyi mesajın nədən ibarət olduğunu
dəqiqləşdirməsə də,
oktyabrın 12-də sosial şəbəkələrdə elektron
poçta daxil olan, gürcü dilində yazılmış, “Məhkəmə qərarı” başlıqlı
sənəd paylaşılıb. Bildirişə əsasən bunu alan şəxs Daxili İşlər
Naziri Vaxtanq Qomelauri tərəfindən məhkəməyə çağırılır.
"Qeyd olunan fakt Daxili İşlər
Nazirliyinin müvafiq xidməti tərəfindən araşdırılacaq", -
DİN-in məlumatında deyilir.