Oktyabrın 14-də Birinci Respublika meydanında ekran
quraşdırılacaq və Gürcüstan-Albaniya futbol matçının ictimaiyyətə
nümayişi keçiriləcək - Tbilisi meriyası bildirib.
Tədbirlə əlaqədar olaraq bu ərazidə nəqliyyatın hərəkəti qadağan
olunacaq.
Məhdudiyyət oktyabrın 13-ü saat 12:00-dan 15 oktyabr 14:00-dək
Rustaveli prospekti ilə Birinci Respublika meydanının kəsişməsindən
Respublika meydanı ilə Merab Kostava küçəsinin kəsişməsinə qədər
qüvvədə olacaq.
359 nömrəli avtobus Vake istiqamətində hərəkət edərkən Cavaxişvili
küçəsindən Kostava küçəsinə, sonra isə müəyyən edilmiş qrafik üzrə
hərəkət edəcək; Besik küçəsi
istiqamətində hərəkət edən N457
mikroavtobusu Cavaxişvili küçəsindən Revaz Tabukaşvili küçəsi
istiqamətində hərəkət edəcək, Revaz Laqidze küçəsi ilə Rustaveli
prospektinə qoşulacaq və daha sonra müəyyən edilmiş qrafiklə davam
edəcək.
UEFA Millətlər Liqasının qrup mərhələsinin növbəti görüşü oktyabrın
14-də, saat 20:00-da Mixail Mesxi adına stadionda keçiriləcək.