Müxalifətin təşkilatçılığı ilə noyabrın 4-də saat 19:00-da
Tbilisinin Rustaveli prospektində parlament
seçkilərinin nəticələrinə etiraz edəcəkləri aksiya keçiriləcək.
Müxalifət aksiyanı bir neçə gün əvvəl elan edib. Güclü Gürcüstan
koalisiyasının lideri Anna Dolidzenin sözlərinə görə, bugünkü
mitinqdə müxalifətin fəaliyyət planı açıqlanacaq.
“Bizim əsas vəzifəmiz bu seçkilərin qeyri-legitim kimi
tanınması üçün mübarizə aparmaqdır, biz əvvəlki kimi
tərəfdaşlarımızla işimizi davam etdiririk və ən əsası bazar ertəsi
saat 19:00-da Rustavelidə görüşəcəyik və orada sizə fəaliyyət
planını təfərrüatı ilə, necə, daxildə və ya xaricdə, qanuna uyğun
olaraq, ədalətli, lakin mütəşəkkil və təsirli bir şəkildə davam
etdirəcəyimizi açıqlayacağıq", - deyə Anna Dolidze
bildirib.
Noyabrın 1-də Dəyişikliklər Koalisiyasının liderlərindən biri Nika
Qvaramia sosial şəbəkələrdə orta və böyük ölçülü çadırları olan
abunəçilərə müraciət edərək ona cavab verməyə çağırıb.
“Orta və böyük ölçülü çadırlarınız varsa, bizə
bildirin, bizə hədiyyə etsəniz - sevinəcəyik, satsanız – yenə də
xoşbəxt olacağıq.
p.s. Mən heç nəyi gizlətmək fikrində deyiləm. Bundan sonra hər şeyə
açıq olacam. DTX da mənim vecimə deyil, prokurorluq da polis də və
Rajdeni də”, - Qvaramia yazıb.
Həmin gün başqa bir müxalifət partiyasının - “Qaxariya Gürcüstan
naminə” üzvü, Natia Mezvrişvili deyib ki, onların tərəfdarlarının
çadırlara girəcəyini düşünmür.
“Amma seçicilərimiz qərar versələr ki, mitinqlərdə
olmalıyıq, biz təbii olaraq seçicilərimizin istəyini yerinə
yetirəcəyik və əvvəlki mitinqdə də belə oldu – biz
gəldik”, - Natia Mezvrişvili bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415