Avropa Parlamentinin deputatı Marneulidə baş vermiş seçki saxtakarlıqlarından danışıb
Son seçkilərin müşahidəçisi kimi Gürcüstandan qayıdan Avropa Parlamenti deputatı Natali Loazo seçki prosesində baş vermiş ciddi pozuntular barədə danışıb. O, Marneuli şəhərindəki seçki məntəqələrində qeydə alınan saxtalaşdırmanı, hədə-qorxuları və səsvermə prosesində müşahidə olunan qanunsuzluqları ətraflı şəkildə izah edib. Loazo seçicilərin qorxudulması, səsvermə zamanı saxtakarlıqlarım həyata keçirilməsi və kriminal elementlərin seçki məntəqələrinin ətrafında yaratdığı təzyiq barədə məlumatlar təqdim verib.

– Gürcüstandan yenicə qayıtmısınız, burada qanunverici orqan seçkilərinə müşahidəçi kimi iştirak edirdiniz. Bildirirsiniz ki, saxtakarlıq və qorxutmalar olub. Bu nə deməkdir, bunlar necə baş verirdi?


– Saxtakarlıqların hər cür formasını gördüm. Mən 10 seçki məntəqəsinə nəzarət edirdim. Biz 500-ə yaxın müşahidəçi idik. Mən Tbilisi ətrafında və eyni zamanda Cənub-Şərqi Gürcüstanda prosesləri izləyirdim. Marneulidə isə saxtakarlıqların əsl festivalı keçirilirdi.

– Festival, yəni saxtakarlıqların?


– Bəli, saxtakarlıqların. Bülletenlərin qutulara köhnə üsullarla salınması kimi. “Gürcü Arzusu”-ndan biri gəldi, bülletenləri gətirdi və birbaşa qutuya doldurmağa başladı. Güclə qutuya atırdı, çünki bülletenlər qutuya artıq sığmırdı.

– Bunu müşahidəçilərin qarşısında edirdi?

– Bəli, xarici təşkilatların gözü qarşısında, mən isə həmin vaxt çöldə idim və içəri daxil oldum. Qarşımda gənc bir müşahidəçi var idi və o, bu anları qeydə alırdı. Bu adamı, sözün əsl mənasında, boğmağa çalışdılar. Boyun nahiyəsində qançır izləri olan bir oğlan var idi. İnanılmaz bir qarışıqlıq və anlaşılmazlıq hökm sürürdü. Səslərin satın alınması, birbaşa rüşvətə şahid oldum, bu da seçki məntəqəsinin kənarında baş verirdi və biz bunu çəkdik. Necə baş verdiyini bilirsinizmi? Çöldə böyük masalar qurulmuşdu, ətrafda çay təklif edirdilər və həmin vaxt masanın altından pul ötürürdülər. Artıq səs verənlərə və xüsusən də “Gürcü Arzusu”-nu işarələdiyini göstərən bülletenin şəklini çəkib göstərənlərə pul verirdilər.

Seçki kabinəsində hamı bülleteninin şəklini çəkirdi. Bir qadın təkcə ona görə cəsarət etmədi ki, görünür, bizim israrlı baxışlarımızdan utandı. Yəqin ürəyində bu “iyrənc avropalılar” haqqında düşünürdü, bizə görə layiqli ödənişini ala bilmədi. Hədə-qorxu halları. Gürcüstanın həbsxanalarından kütləvi şəkildə kriminal aləmin nümayəndələri buraxılmışdı, onlar seçki məntəqələrinin qarşısında yerləşdirilmişdi. Elə fırıldaqçılar ki, onlarla qarşıdurmaya cəsarət etməzsən, onların əlində səsverməyə gələn və gəlməyən şəxslərin siyahısı vardı.

Ailənin hər hansı bir üzvü seçki məntəqəsində görünmədikdə, ailə başçısına zəng edərək soruşurdular: “Hardasan? Vaxtına bax!” Bütün bunlar bizim gözümüz qarşısında baş verirdi. Təsəvvür etməyə belə cəsarət etmirəm, biz olmadığımızda orada nələr baş verirdi. Bir çox vətəndaşın şəxsiyyət vəsiqəsi alınmışdı. Bir çoxu isə əlində başqasının şəxsiyyət vəsiqəsi ilə gəlib səs verirdi və mən təkrar edirəm, bu bizim qarşımızda, heç nədən çəkinmədən baş verirdi. Belə bir hal da olmuşdu: bir kişi qadının şəxsiyyət vəsiqəsi ilə gəlmişdi və ona dedik ki, bəy, qadının sənədi ilə səs verə bilməzsiniz. Amma tam əmin idik ki, biz çevrilən kimi, eynisi və daha pisi təkrarlanacaq, – deyə Fransanın Avropa məsələləri üzrə keçmiş naziri, hazırda Avropa Parlamentinin deputatı olan Natali Loazo Fransa mətbuatına bildirib.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345