Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün Macarıstanın
paytaxtı Budapeştdə keçiriləcək “Avropa siyasi birliyi”nin 5-ci
zirvə toplantısında iştirak edəcək.
Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kobaxidzenin iqtisadi təhlükəsizlik və kommunikasiya
ilə bağlı panel müzakirəsində çıxışı planlaşdırılır.
Qeyd olunub ki, Avropa Siyasi Birliyinin 5-ci sammitində müzakirə
olunacaq əsas mövzu Avropada təhlükəsizlik
çağırışlarıdır. Sammit,
həmçinin miqrasiya və iqtisadi təhlükəsizlik, kommunikasiya, enerji
və nəqliyyat, informasiya texnologiyaları və qlobal ticarətlə bağlı
tematik müzakirələri əhatə edəcək.
İrakli Kobaxidzeni səfərdə xarici işlər naziri İli
a Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan
Jorjolianinin də daxil olduğu nümayəndə müşayiət edəcək.