Makron, Şolz və Tusk Gürcüstanın Aİ yolunda növbəti mərhələyə keçidini niyə dəstəkləməyəcəklərini izah ediblər
Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Polşanın baş naziri Donald Tusk birgə bəyanat yayaraq Gürcüstandakı mövcud siyasi vəziyyətdən narahat olduqlarını bildiriblər.

Makron, Şolz və Tusk Veymar Üçbucağı formatının üzvləri kimi bəyanat yayaraq bildirirlər ki, Gürcüstan müvafiq islahatları həyata keçirməsə, onun Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləyə bilməzlər.

“Əgər Gürcüstan indi
atdığı addımlardan dönməsə və nəzərəçarpacaq islahatlar aparmağa çalışdığını göstərməsə, biz Gürcüstanla danışıqlar prosesinin açılmasına dəstək verə bilməyəcəyik. Bu, xüsusilə Avropa Birliyinin dəyər və prinsiplərinə zidd olan qanunların ləğvinə aiddir”,
- deyə Avropa liderləri bildiriblər.

Üç Avropa dövlətinin liderlərinin bəyanatı 50-yə yaxın Avropa liderinin Budapeştdə toplaşdığı bir vaxtda verilib. Cümə axşamı və cümə günü Avropa liderlərinin sammitində Ukraynaya dəstək, miqrasiya, iqtisadi təhlükəsizlik və Avropa İttifaqının rəqabət qabiliyyəti məsələləri müzakirə olunacaq.

Görüşdə Gürcüstanla bağlı məsələnin də müzakirəsi planlaşdırılır. Bu barədə Çarlz Mişelin dəvət məktubunda qeyd olunub.

“Biz Gürcüstanda seçkilərdən sonra ölkədə mövcud olan vəziyyətə də toxunacağıq və gələcək yolları müzakirə edəcəyik”, - Şarl Mişelin məktubunda deyilir.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345