Seçki ayı ərzində valyuta ehtiyatları 627,5 milyon dollar azalıb
Bu ilin oktyabr ayında bir ayda rəsmi ehtiyat aktivləri 627,5 milyon dollar azalaraq 4,08 milyard dollar olub.

Xarici valyuta ehtiyatları 640,5 milyon azalıb, qızılda beynəlxalq ehtiyatlar 24 milyon artıb.

Valyuta ehtiyatları sonuncu dəfə 2022-ci ilin martında eyni səviyyədə olub.


Milli Bank larinin məzənnəsini müəyyən etmək üçün oktyabrda keçirdiyi valyuta hərracında 213 milyon 500 min
dollar satıb.

Ehtiyatlardakı dəyişikliklərə Bmatch platforması vasitəsilə edilən satışlar və xarici borc dəyişiklikləri də təsir edir.

“Gürcü arzusu”nun iki aylıq kriminal seçki kampaniyası valyuta ehtiyatlarına pandemiyadan daha çox ziyan vurdu. Onu bərpa etmək üçün uzun illər lazım olacaq”, - deputat Roman Qotsiridze deyir və əlavə edib ki, bir ildən bir qədər çox müddət ərzində ehtiyatlar 1,36 milyard dollar azalıb və bununla da kritik həddən xeyli aşağı düşüb.

“Bu həcmdə ehtiyatlar xarici ödənişlərin həcmi ilə müqayisədə BB reytinqinə malik heç bir ölkədə yoxdur. Tezliklə bu reytinqə yenidən baxılması məsələsi gündəmə gələcək”, - Qotsiridze yazıb.

“Lelo” ehtiyatların azaldılmasını seçki kampaniyası ilə əlaqələndirir. Tazo Datunaşvilinin sözlərinə görə, Milli Bankın prezidenti Natia Turnava “Gürcü arzusunun” arzuları əsasında və seçki dövründə seçicilərə müxtəlif yollarla rüşvət vermək məqsədilə xarici valyuta satır.

“Ölkədə seçkilər zamanı hakim partiya tərəfindən külli miqdarda vəsait xərclənib, bu vəsait seçicilərin satın alınmasına, hədə-qorxusuna, seçkiyə müdaxiləsinə və total saxtakarlığa sərf edilib. Sistemli təcrid səbəbindən 2025-ci ildə suveren reytinqimizin aşağı düşəcəyi gözlənilir. İnflyasiya qaçılmazdır, çünki ehtiyatlar inflyasiyanın bilavasitə təsirlərini örtmək üçün istifadə olunub və seçkilərdən sonra kəskin artım gözlənilir. Çox güman ki, beynəlxalq sanksiyalar dövlətin reputasiyasına, eləcə də bütün düzgün investisiyaların perspektivinə xələl gətirəcək”, – Datunaşvili bildirib.

“Fitch” beynəlxalq reytinq agentliyinin məlumatına görə, Gürcüstanın valyuta ehtiyatları adekvatlıq həddindən aşağı düşüb və “BB” reytinqinə malik digər ölkələrlə müqayisədə aşağıdır.

“Netgazet” Milli Banka sual verib ki, Fitch-in qiymətləndirməsinə şərik olub-olmaması, oktyabrda valyuta ehtiyatlarının rekord dərəcədə azalmasının səbəbi nə olub (valyuta hərracında satılan 213 milyondan başqa) və Milli Bank valyuta ehtiyatını necə artırmaq niyyətindədir? Cavab alınarsa, material yenilənəcək.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345