26 oktyabr seçkiləri nəticəsində bu dörd partiya “Milli Hərəkat”
kimi qeydə alınıb – 26 oktyabrdan sonra hamısı “milliyətçidir”!
Sən "milliyətçilərlə" münasibət qurursansa bizim də münasibətimiz
ona müvafiq olacaq, - bu sözləri parlamentin sədri Şalva Papuaşvili
“səddini keçən” müxalifət partiyaları haqqında deyib.
Papuaşvilinin sözlərinə görə, adıçəkilən partiyalar “xaricdən diktə
ilə” taktika hazırlayıb və hamı üçün baryeri
keçmək və “Gürcü
arzusu”na xələl gətirmək üçün səsləri öz aralarında süni şəkildə
bölüblər.
“Onlar xaricdən diktə ilə taktika hazırlayıblar ki,
mümkün qədər çox partiya baryeri keçsin, proporsional olaraq “Gürcü
Arzusu” zərər görsün və çoxluğa sahib olmasın.
Bu taktikada onlar birlikdə idilər, səsləri bir-birinə süni şəkildə
paylayırdılar ki, hamısı 5%-lik baryeri keçsin –öz səslərini
azaldırdılar, başqalarına əlavə edirdilər”, - Şalva
Papuaşvili bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415