Gürcüstanda keçirilən seçkilər azad və ədalətli olmadı - Estoniyanın baş naziri
Estoniyanın baş naziri Kristen Mihal qeyd edib ki, Gürcüstanda keçirilən parlament seçkiləri azad və ədalətli proses hesab edilmir.

O, bu barədə bu gün, noyabrın 8-də Budapeştdə Avropa Siyasi Birliyinin beşinci sammiti zamanı mediaya məlumat verib.

“Söhbət yəqin ki, Gürcüstandakı seçkilərdən gedir. Düzünü desəm, Gürcüstanda bu yaxınlarda keçirilən seçkilər azad və ədalətli sayılmır. Qeyd etməliyik ki,
Gürcüstanın Avropaya doğru gedişini onun liderləri dayandırdı. Buna görə də biz bunu araşdırırıq,"
- Kristen Mihal bildirib.

Həmin sammit zamanı Avropa Şurasının prezidenti Şarl Mişel də seçkilərə münasibət bildirib. Onun sözlərinə görə, Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı təkcə Avropada deyil, dünyanın digər ölkələrində də şübhələr var.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345