Aksiyada Birinci Kanalın operatoru yaralanıb

Rustaveli prospektində davam edən aksiya zamanı Gürcüstanın Birinci Kanalının operatoru Beso Qaprindaşvili yaralanıb.



Bu barədə məlumatı Birinci Kanal yayıb.

Videoda görünür ki, operatora təcili yardım maşınında ilkin tibbi yardım göstərilib, daha sonra maşını tərk edərək bildirib ki, nə baş verdiyini bilmir və hadisəni görməyib. Birinci Kanalın məlumatına görə, operatora pirotexnika hədəflənərək atılıb.

3-4 dekabr
tarixlərində Tbilisidə, Rustaveli prospektində xüsusi təyinatlı qüvvələr etirazçıları amansızlıqla dağıdıb və onların bir hissəsini həbs edib. Etirazları dağıtmaq üçün boğucu qaz və su şırnağından istifadə olunub. Buna baxmayaraq, aksiyalar davam edir. Etirazçılar pirotexnikadan istifadə edirlər.

Mənbə: Netgazeti








 

Print Email
FaceBook Twitter Google