Rustavelidə mitinqin dağılmasından sonra nümayişçilər Delisiyədək yürüş təşkil ediblər

Polis tərəfindən su şırnaqları və gözyaşardıcı qazla dağıdılan aksiya iştirakçıları paytaxtın Rustaveli prospektindən “Delisi” metrostansiyasına qədər yürüş təşkil ediblər.



Bu səbəbdən Qəhrəmanlar meydanı, Melikişvili, Kostava, Pekin və Şartava küçələrində nəqliyyatın hərəkəti dayandırılıb.

Mitinq iştirakçıları Dövlət Təhlükəsizliyi Xidmətinə getmək istəyiblər, lakin polisin görünməsi barədə məlumat
aldıqdan sonra yürüş Vaja-Pşavela prospektində, “Delisi” metrostansiyasının yaxınlığında başa çatıb.
Polis saat 03:30-dan etibarən parlamentin yaxınlığındakı aksiya iştirakçılarının dağıdılmasına başlayıb. Mitinqin bir neçə iştirakçısı saxlanılıb.

 

Print Email
FaceBook Twitter Google