Aksiya iştirakçısı olan vətəndaş yolu avtomobillə bağladığı üçün 1 000 lari məbləğində cərimələnib

Avtomobillə etiraz aksiyasında iştirak edən vətəndaş 1 000 lari məbləğində cərimələnib. Onu yolu bağlamaqda ittiham edirlər.



“1 000 lari nəyə görə?! Onlar düşünürlər ki, biz aktivistlərə ehtiyac olduqda dəstək olmaqdan imtina edəcəyik? Bu cəhdlə bizi heç vaxt qorxuda bilməzlər. Bağışlayın, amma bu qərarlarını özlərinə saxlasınlar,” – deyə 1 000 lari məbləğində cərimələnən vətəndaş bildirib.

Tərtib
olunmuş inzibati qayda pozuntusu Gürcüstanın İnzibati Qanunvericiliyinin 125-ci maddəsinə istinad edilir. Bu maddə aşağıdakıları nəzərdə tutur: “Şəhərdə və ya digər yaşayış məntəqəsində nəqliyyat vasitələri ilə təşkil edilmiş şəkildə yolun bağlanması və ya qrup halında iştirak − 1 000 lari məbləğində cərimə ilə nəticələnir.”

Bugünki aksiya Delisi metrosu yaxınlığında başa çatıb. Etirazçılar sabah yenidən Parlamentin qarşısında toplaşacaqlar. Rustaveli prospektində polisin aksiyanı dağıtmasından sonra iştirakçılar Qəhrəmanlar meydanına doğru hərəkət ediblər, daha sonra isə Tbilisi meriyasına keçərək aksiyanı Delisi metrosu yaxınlığında bitiriblər.
Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google