Moldova gürcü xalqının yanındadır - Moldova Baş Naziri

Moldova Baş Naziri Dorin Reçanın sözlərinə görə, Moldova gürcü xalqının yanındadır və onların dinc toplaşma hüququnu dəstəkləyir.



“Son 5 gün ərzində gürcü xalqının demokratiyaya və Avropa istəklərinə sadiqliyini görürük.

Moldova gürcü xalqının yanındadır
və ona həmrəydir. Onların dinc toplaşma hüququnu və Avropa İttifaqı dəyərlərinə uyğun olan demokratik gələcəyə can atmalarını dəstəkləyirik”, –
deyə Reçan "X" platformasında bildirib.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google