Senakidə kişi həyat yoldaşını öldürüb

"Azadlıq" radiosunun məlumatına görə, kişi qadına soyuq silahla müxtəlif bədən nahiyələrində xəsarətlər yetirib. Nəticədə qadın dünyasını dəyişib.



Daxili İşlər Nazirliyi bildirir ki, şübhəli şəxs hadisə yerində saxlanılıb.

İstintaq, ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən qətl faktı üzrə Gürcüstanın Cinayət Məcəlləsinin 11-primə 109-cu maddəsinin "K" bəndinə əsasən aparılır.

Əlavə məlumat hələlik məlum deyil.

2024-cü ilin ilk səkkiz ayında Gürcüstanda
səkkiz qadın öldürülüb. 2024-cü ilin ilk altı ayında Daxili İşlər Nazirliyi ailə zorakılığına dair 4500-ə yaxın məhdudlaşdırıcı əmr verib. Həmçinin, həmin dövrdə nazirliyin yaydığı statistikaya görə, Gürcüstanda ailə zorakılığının 5472 hadisəsi qeydə alınıb, bunların arasında 1243 fiziki zorakılıq və 4081 psixoloji zorakılıq hadisəsi olub.

*Əgər siz ailə zorakılığının qurbanısınız və ya ailə zorakılığı haqqında məlumatınız varsa, 112 və ya 116 006 nömrələrinə zəng edin.

 


 

Print Email
FaceBook Twitter Google