Qaraçöpdən olan Elvin Kərimov polis tərəfindən saxlanılıb (VİDEO)
Dünən, 3 dekabr tarixində Tbilisidə, Parlamentin qarşısında keçirilən aksiya zamanı Qaraçöpdən olan Elvin Kərimov polis tərəfindən həbs edilib. O, "Fəallar Gələcək Naminə" hərəkatının üzvüdür. Bu barədə məlumatı jurnalist Aydan Yusif paylaşıb. Onun məlumatına görə, Kərimov hal-hazırda müvəqqəti təcridxanadadır. Yusif onu da qeyd edib ki, Elvinlə görüşən vəkillər onun ağır şəkildə döyüldüyünü bildirirlər.

"Bu gün, səhər təcridxanada Elvinə
baş çəkən vəkil Qamral Amcanoğlu bildirdi ki, onun gözünün altı qaralıb, dodağı partlayıb, paltarı qanlı olub. Ona yaxın maskalı şəxsin amansızca döydüyünü bildirdi. Mitinqdə saxlanılan şəxslərin döyülməsi təəssüf ki, artıq adi haldır. Amma milliyətcə azərbaycanlı olduğumuza görə Elvinə deyirlərmiş ki, get sən haqlarını Azərbaycanda tələb elə, burda nə gəzirsən? Tatari, tatari, tatari deyə döyüblər",
– paylaşımda qeyd olunub.

Vəkil qeyd edib ki, Elvin Kərimovun məhkəməsi sabah baş tutacaq.

Qeyd edək ki, Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilə qədər Avropa Birliyinə üzvlük danışıqlarının başlanmasını dayandırdığını deməsi ilə əlaqədar bir neçə gündür, bütün Gürcüstanda aksiyalar keçirilir. Aksiya iştirakçıları Baş nazirin bəyanatını ölkənin Avro Atlantik kursunun dəyişməsi kimi qiymətləndirirlər.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google