Dünən, 3 dekabr tarixində Tbilisidə, Parlamentin qarşısında
keçirilən aksiya zamanı Qaraçöpdən olan Elvin Kərimov polis
tərəfindən həbs edilib.
O, "Fəallar Gələcək Naminə" hərəkatının üzvüdür. Bu barədə məlumatı
jurnalist Aydan Yusif paylaşıb. Onun məlumatına görə, Kərimov
hal-hazırda müvəqqəti təcridxanadadır. Yusif onu da qeyd edib ki,
Elvinlə görüşən vəkillər onun ağır şəkildə döyüldüyünü
bildirirlər.
"Bu gün, səhər təcridxanada Elvinə baş çəkən vəkil
Qamral Amcanoğlu bildirdi ki, onun gözünün altı qaralıb, dodağı
partlayıb, paltarı qanlı olub. Ona yaxın maskalı şəxsin amansızca
döydüyünü bildirdi. Mitinqdə saxlanılan şəxslərin döyülməsi təəssüf
ki, artıq adi haldır. Amma milliyətcə azərbaycanlı olduğumuza görə
Elvinə deyirlərmiş ki, get sən haqlarını Azərbaycanda tələb elə,
burda nə gəzirsən? Tatari, tatari, tatari deyə
döyüblər", – paylaşımda qeyd olunub.
Vəkil qeyd edib ki, Elvin Kərimovun məhkəməsi sabah baş
tutacaq.
Qeyd edək ki, Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilə
qədər Avropa Birliyinə üzvlük danışıqlarının başlanmasını
dayandırdığını deməsi ilə əlaqədar bir neçə gündür, bütün
Gürcüstanda aksiyalar keçirilir. Aksiya iştirakçıları Baş nazirin
bəyanatını ölkənin Avro Atlantik kursunun dəyişməsi kimi
qiymətləndirirlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415